reklam
Dünya və Avropa çempionu olan futbolçu Azərbaycana səfər edəcək
Sportfm.az xəbər saytı

Dünya və Avropa çempionu olan futbolçu Azərbaycana səfər edəcək


2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya və Avropa çempionu, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu Rober Pires Bakıya səfər edəcək.

Sportfm.az xəbər verir ki, dekabrın 4-də Bakı Olimpiya Stadionunda Rober Piresin iştirakı ilə aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün futbol festivalı keçiriləcək. Festival saat 11:00-da başlayacaq.

Sonra fransalı futbolçu Bakı Ekspo Mərkəzində təşkil olunacaq "Bakutel 2018"- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Avropa Liqası Final-2019 stendinin təqdimatında iştirak edəcək.

Oxşar xəbərlər

Luka Modriç Azərbaycan paytaxtında - FOTO
Rober Pires İlham Əliyevə Avropa Liqasının rəsmi topunu təqdim etdi - FOTOLAR
Dünya və Avropa çempionu azərbaycanlı uşaqlarla futbol oynadı - FOTOLAR
UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər