reklam
Final oyununun tərəfdaşları Bakıda səfərdə oldu -
Sportfm.az xəbər saytı

Final oyununun tərəfdaşları Bakıda səfərdə oldu -FOTO


2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin paytaxtımıza mütəmadi səfərləri davam edir.

Sportfm.az xəbər verir ki, final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçilərinin noyabrın 14-də və 15-də oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanları ilə tanışlıq məqsədilə paytaxtımıza səfərdə olublar.
Səfər çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə UEFA Avropa Liqasının layihə meneceri Andreas Schar, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər. Sonra tədbir iştirakçıları BOS-un ərazisinə tanışlıq xarakterli baxış keçiriblər.
Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olublar.
Sonda xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər

BOS-un ot örtüyünə baxış keçirildi - FOTO
Baş katib Andreas Scharla görüşdü - FOTO
UEFA tərəfdaşlarının ölkəmizə işgüzar səfəri oldu - FOTO
AVRO-2020-nin püşkatma mərasimində AFFA geniş heyətlə təmsil olunacaq
Final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər