reklam
Elşad Əhmədov:
Sportfm.az xəbər saytı

Elşad Əhmədov: "Bunların “bəhrəsini” gördük"


Topaz Premyer Liqasında XIII turunda “Sabah” evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzub. 

Sportfm.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Əhmədov əvvəlcə matç haqda danışıb: 

- Maraqlı oyun keçdi. Matçda hər şey oldu: qollar, sarı, qırmızı vərəqələr, qol imkanları... Hər iki komanda qələbə qazanmaq istəyirdi. Standart vəziyyətlərdən əziyyət çəkdik. Bunların “bəhrəsini” gördük. İkinci hissədə uşaqlar oyunu əldən buraxmaq istəmirdi. Şanslarımız oldu. 1 xal qazana bilərdik. “Neftçi”nin irəlidə keyfiyyətli futbolçuları var. Onların sayəsində də imkanlar yaradıb, qol vururlar. 

- Meydanda başqa nə olmalı idi ki, “Sabah” qol vursun, xal qazansın?

- Hər şey var idi, sadəcə, keyfiyyətli hücum alındıra bilmirik. 

- Nə çatmırdı?

- Deyək ki, hücum vaxtı imkanlardan yararlanmamaq problemi var. Rəqib müdafiəçini keçə bilməmək, düzgün ötürmə edə bilməmək və s. 

- Elşən Abdullayev nə zamana hazır olar?

- Gələn oyun meydana çıxa bilər. Həkimlərin qərarından asılı olacaq.

Oxşar xəbərlər

"Həddən artıq çətin oyun oldu" - Samir Abasov
"Hücumçuya ehtiyacımız var" - Elşad Əhmədov
"Özümü "Neftçi"li kimi hiss etdim" - Elşad Əhmədov
Elşad Əhmədov:"Yerli futbolçular bizim komandaya gəlmək istəmirdi"
Mirabdulla Abbasov: Uduza da bilərdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər