reklam
Klub prezidentinin əmlakına həbs qoyuldu
Sportfm.az xəbər saytı

Klub prezidentinin əmlakına həbs qoyuldu


İtaliyanın "Sampdoriya" klubunun prezidenti Massimo Ferreronun əmlakına həbs qoyulub. 

Sportfm.az xəbər verir ki, İtaliya Maliyyə Qvardiyasının əməkdaşları klub rəhbərinin əmlakının həbsi ilə bağlı əməliyyat aparır. 

Klub funksioneri ilə birgə daha bir neçə şəxs olub. Onlar dələduzluq, əmlakın qanunsuz mənimsənilməsi, çirkli pulların yuyulması, fırıldaqçılıq və digər məsələlərlə bağlı istintaqa cəlb olunub. Həbs Ferrero və digər 5 şübhəlinin ümumi dəyəri 2.6 milyon avro olan əmlaklarına qoyulub. "Sampdoriya" klubunun 200 min avrosu da həmin məbləğə daxildir. 

İstintaq futbolçu Pedro Obianqın "Sampdoriya"dan İngiltərənin "Vest Hem" klubuna keçidi ilə əlaqədar aparılır. İspaniyalı yarımmüdafiəçinin transferindən əldə olunan 1,2 milyon avro gəlir klubun kassasına çatmayıb.

Oxşar xəbərlər

Klub rəsmisi 17 illik həbs edildi
Baş məşqçi həbs olundu - 17,3 milyon mənimsədi
Dünyanın ən bahalı futbolçuları - TOP 10
Rusiya millisinin futbolçusunun əmlakına həbs qoyuldu
Son mövsümdə ən çox gəlir əldə edən klub hansıdır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər