reklam
Rusiya millisinin futbolçusunun əmlakına həbs qoyuldu
Sportfm.az xəbər saytı

Rusiya millisinin futbolçusunun əmlakına həbs qoyuldu


Rusiya millisinin futbolçusu Denis Qulaşkov və həyat yoldaşı Darya Qulaşkovanın əmlakına həbs qoyulub.

Sporfm.az xəbər verir ki, bu barədə Nikulinski rayon məhkəməsi qərar çıxarıb. Bu tədbir cütlüyün boşanma və birgə əldə edilmiş əmlakın bölünməsi prosesi çərçivəsində qəbul olunub.

Məhkəmə D.Qulaşkovanın əmlakla bağlı iddiasını sentyabrın 28-də qəbul edib. Tərəflər arasında ilk söhbət oktyabrın 22-də keçiriləcək. Cütlük 2009-cu ildə evlənib və onların 2 qızı var.

Xatırladaq ki, oktyabrın 12-də “Zenit” və “Krasnodar”ın futbolçuları Aleksandr Kokorinlə Pavel Mamayev həbs olunublar.

Oxşar xəbərlər

Kokorin və Mamayev azadlığa buraxıldı - FOTO
Kokorin və Mamayevə hökm oxundu
Futbolçuların həbs müddəti uzadıldı
Klub prezidentinin əmlakına həbs qoyuldu
Rusiya millisinin futbolçuları həbs olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər