reklam
Super Liqa çempionu məlum oldu -
Sportfm.az xəbər saytı

Super Liqa çempionu məlum oldu -VİDEO


Argentina Super Liqasında çempion müəyyənləşib.

Sportfm.az xəbər verir ki, son tur Dieqo Maradonanın çalışdırdığı "Ximnasiya"nı evdə 1:0 hesabı ilə məğlub edən "Boka Xuniors" qalib olub. Buenos-Ayres təmsilçisinə çempionluq gətirən qolu 72-ci dəqiqədə Karlos Teves vurub. 

Qələbə sayəsində "Boka Xuniors" xallarını 48-ə çatdırıb. "River Pleyt" "Atletiko Tukuman"la 1:1 hesablı heç-heçə edib və 47 xalla 2-ci olub. "Mavi qızıllar" 34-cü dəfə Argentina çempionu olub. 

Argentinada ən çox çempion olan komanda "River Pleyt"dir (36 dəfə). 

 

Oxşar xəbərlər

"River Pleyt" əzəli rəqibini çempion etdi
"River Pleyt" tarixində 3-cü dəfə kubok qazandı
Maradonanın qızı elə bir paylaşım etdiki - FOTO
"River Plate" Libertadores Kubokunun qalibi oldu
"Boka Xuniors" finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər