reklam
Sportfm.az xəbər saytı

"Neftçi"yə cəza verildi - Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar da açıqlanıb:

 

Birinci divizionun 15-ci turunun MOİK – “Turan Tovuz” matçında xərək daşıyan uşaqlar olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 15-ci turunun “Ağsu” – “Şüvəlan” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 88-ci dəqiqəsində  “Şüvəlan”ın futbolçusu Kamran Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

“Şüvəlan” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur.

 

Birinci divizionun 15-ci turunun “Səbail-2” – “Sumqayıt-2” matçında “Səbail-2” klubunun 4, “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

 

“Sumqayıt-2” klubu oyunöncəsi iclasa 7 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 15-ci turunun “Zaqatala” – “Sabah-2” matçının 79-cu dəqiqəsində “Sabah-2”  klubunun futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

 

Oyunun 89-cu dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Elvin Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Birinci divizionun 15-ci turunun “Neftçi-2” – “Kəpəz” matçında “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunur.

Oxşar xəbərlər

"Sumqayıt"a məğlubiyyət verildi
AFFA I Divizion klublarını cərimələdi
AFFA-dan klublara qeyri-adi cəzalar
"Zirə"yə texniki məğlubiyyət verildi
AFFA klubları cəzalandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər