"Mançester Siti" təqibi davam etdirir
İngiltərə Premyer Liqasının 25-ci turun mərkəzi qarşılaşmasında "Mançester Siti" doğma azarkeşlər önündə "Arsenal"ı qəbul edib.
Sportfm.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Şəhərlilər"in heyətində hər üç qolu argentinalı Serxio Aquero vurub. "Arsenal" klubunun qoluna Loran Koselni imza atıb.
Günün digər qarşılaşmasından "Mançester Yunayted" səfərdə "Lester"i minimal hesabla məğlub edib (1:0).
Turun ən məhsuldar görüşü “Stemford Bric” stadionunda olub. “Haddersfild”i qəbul edən “Çelsi” 5:0 hesablı qələbə qazanıb. “Çelsi”nin qollarını yeni transfer Qonzalo İquayin (16, 69), Eden Hazar (45, 66) və David Luiz (86) vurublar.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Brayton”-“Uotford” - 0:0
“Börnli” – “Sauthempton” - 1:1
“Kristal Pelas” – “Fulhem” - 2:0
“Everton” – “Vulverhempton” - 1:3
“Kardiff Siti” – “Bornmut” - 2:0.
Qeyd edək ki, tura fevralın 4-də keçiriləcək “Vest Hem Yunayted”-“Liverpul” oyunu ilə yekun vurulacaq.
Oxşar xəbərlər
“Mançester Siti” 4 qolla qalib gəldi - Premyer Liqa
"Liverpul" 4 qola "qonaq edilərək" yola salındı
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
Premyer Liqada Rəhim şousu - VİDEO
"Liverpul" yenə xal itirdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası