15-ci Avropa Olimpiya Festivalı necə keçəcək? -Azad Rəhimov danışdı
Gənclər və idman naziri Azad Rəhimov İspaniyanın Marbelya şəhərində Avropa Olimpiya Komitələrinin sayca 47-ci iclasına qatılıb.
Sportfm.az xəbər verir ki, A.Rəhimov toplantıda Bakının 2019-cu il 20 - 28 iyulda ev sahibliyi edəcəyi Avropa Olimpiya Gənclər Festivalına hazırlığını əks etdirən təqdimatla çıxış edib. Nazir bildirib ki, 3600 idmançının qatılacağı yarışlar üçün Atletlər Kəndində 6 bina nəzərdə tutulub. Ümumilikdə idmançıların 10 (atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis, voleybol) növdə mübarizə aparacaqlarını qeyd edən idman rəsmisi yarışların 12 idman arenasında keçiriləcəyini diqqətə çatdırıb.
A.Rəhimov festivala Avropanın 50 ölkəsinin qatılcağını bildirərək, 48 ölkənin nümayəndə heyətinin rəhbərlərinin (Shef de Mission) bu gün üçün iştiraklarını təsdiqlədiklərini vurğulayıb.
İdman yarışlarının ayrılmaz qüvvəsi sayılan könüllülər haqqında da danışan nazir 2500 nəfərin yarışlara cəlb olunacağını bildirib.
Qeyd edək ki, Bakı 2019-un rəsmi internət səhifəsi www.eyeofbaku2019.com, həştaqı isə #4everyoungbaku-dur. Yarışın açılış mərasimi 21 iyul 2019-cu ildə "Crystal Hall"da gerçəkləşəcək.
Təqdimat mərasimindən sonra sual-cavab bölümü olub. İclas noyabrın 11-də işini yekunlaşdıracaq.
Oxşar xəbərlər
Azad Rəhimov EOC-un Baş Assambleyasında çıxış etdi - FOTO
Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
AZAL Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi tərəfdaşı oldu
“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılacaq
Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası















Misli Premyer Liqası