Yığmamız İranda bürünc medal qazandı
Azərbaycanın sərbəst güləşçilərdən ibarət yığması İranın Məşhəd şəhərində yeniyetmələr arasında “Seyid Cəfər Musəvi Kuboku”nda üçüncü yeri tutub.
Sportfm.az xəbər verir ki, komanda yarışında məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi altında Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsiblidən (110 kq) ibarət heyət təmsil edib.
Yığma İranın 3 komandası ilə eyni qrupda yer alıb. İlk qarşılaşmada 8:2 hesabıyla qalib gələn millinin növbəti görüşündə bərabərlik qeydə alınıb - 5:5. Lakin təşkilatçılar qələbəni rəqibə verib. Günün sonunda isə yığma növbəti İran təmsilçisini 9:1 hesabıyla məğlub edərək qrupda ikinci yeri tutub. Ardınca Ukraynaya 7:3 hesabıyla qalib gələn milli bürünc medalın sahibi olub.
Qeyd edək ki, turnirdə Azərbaycanı hakim qismində Kamran Əliyev təmsil edib.
Oxşar xəbərlər
Beynəlxalq turnirdə 10 medal
Güləş yığmamız Avropa ikincisi oldu
Güləşçilərimiz Olimpiya Festivalına Xaçmazda hazırlaşır
Güləş millimiz Ermənistan yığmasına qalib gəldi
Güləşçilərimiz Məşhədə yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası