reklam
Beynəlxalq turnirdə 10 medal
Sportfm.az xəbər saytı

Beynəlxalq turnirdə 10 medal


Azərbaycanın sərbəst güləşçiləri Türkiyənin Kahramanmaraş şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə 10 medal qazanıb.

Sportfm.az əbər verir ki, "12 fevral" adlanan yarışda milli komandanın məşqçiləri Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında 14 güləşçi xalça üzərinə çıxıb.

Sabir Cəfərov (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Kənan Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Namus Orucov (74 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala sahib çıxıblar. Yekunda 1 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan yığma komanda hesabında 2-ci yeri tutub.

Qeyd edək ki, Türkiyə, Azərbaycan, Fransa və Qırğızıstandan olan sərbəst güləşçilərin də mübarizə apardığı yarışda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.

Oxşar xəbərlər

Güləşçilərimizdən 4 medal - Beynəlxalq turnir
Millimiz “Zəfər Kuboku”nda çempion oldu - UĞUR
Güləşçilərimizdən “Çempionlar” turnirində 24 medal
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş
Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər