Güləş millimiz Ermənistan yığmasına qalib gəldi
Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Urmiya şəhərində keçirilən “Martyrs Cup” turnirində Ermənistan yığmasına qalib gəlib.
Sportfm.az xəbər verir ki, bu, gənc güləşçilər arasında təşkil olunan yarışın qrup mərhələsinin son görüşünə təsadüf edib. Məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət yığma qrupda əvvəlcə Urmiya ilə qarşılaşıb.
Görüş 5:5 hesabı ilə başa çatıb. Fərdi qarşılaşmaların fərqinə görə yerli komanda qələbə qazanıb. Milli bu məğlubiyyətin əvəzini İranın digər komandasından çıxıb - 7:3. Qrupdakı son görüşdə Ermənistana 6:4 hesabıyla qalib gələn Azərbaycan pəhləvanları 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Yığma son görüşdə İranın daha bir komandası ilə üz-üzə gəlib. İki güləşçinin zədələnməsi nəticəyə təsirini göstərib - 4:6. Beləliklə, milli Urmiyada 4-cü yeri tutub.
Oxşar xəbərlər
Güləşçilərimiz Yaponiyada təlim-məşq toplanışına başladı
Güləşçilərimiz İranda güclərini sınayacaqlar
Yığmamız İranda bürünc medal qazandı
Güləşçilərimizdən medal "yağışı" - FOTO
Əşrəf Əliyev güləşçilərimizi Mazandarana aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası