reklam
Argentina hökuməti Messini ittiham etdi
Sportfm.az xəbər saytı

Argentina hökuməti Messini ittiham etdi


Argentina hökuməti bu ölkənin milli komandasının və İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messini və atasını çirkli pulların yuyulmasında ittiham edib.

Sportfm.az xəbər verir ki, prokuror Pablo Turano bununla bağlı ittiham irəli sürüb. O, 31 yaşlı hücumçuya məxsus xeyriyyə fondunun yoxlanılmasını tələb edib.

Prokuror hesab edir ki, fonda daxil olan ianələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb. Qanunsuz fəaliyyət 2012-2014-cü illərdə İspaniya və Argentinada baş verib. P.Turano fondun sabiq əməkdaşlarından birinin ifadəsi əsasında ittiham irəli sürüb. Onun sözlərinə görə, fonda daxil olan pullar sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunmayıb.

Qeyd edək ki, Messi daha əvvəl vergidən yayındığı üçün məsuliyyətə cəlb edilib. 31 yaşlı forvard 250 min avro cərimə ödəyərək 21 aylıq həbsdən yayınıb.

Oxşar xəbərlər

“Atletiko”nun oyunçusu haqda həbs qərarı - 6 ay azadlıqdan məhrum olunacaq
Futbolçu vergidən yayınmaqda ittiham olunur
Məhkəmə Messiyə qarşı işə xitam verdi
Lionel Messi vergidən yayınmaqda şübhəli bilindi
Adı mafiya ilə yanaşı çəkilən italyan futbolçu saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər