

Lionel Messi vergidən yayınmaqda şübhəli bilindi
Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messinin xeyriyyə fondu maliyyə fırıldağında və vergidən yayınmaqda şübhəli bilinir.
Sportfm.az xəbər verir ki, hazırda bu işə Buenos-Ayresdəki məhkəmələrin birində baxılır. İddiaya görə, hakim ittiham şikayətini qəbul edib və vergidən yayınma ilə bağlı cinayət işi üzrə ibtidai araşdırma təyin edib.
Bildirilir ki, Messinin imici müxtəlif şəxslərdən və şirkətlərdən pul cəlb edilməsi üçün istifadə olunub və əldə edilən vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb. Qanunsuz fəaliyyət 2012-2014-cü illərdə İspaniya və Argentinada baş verib.
Fondun əsas sponsorlarının “Adidas” və “Unicef” kimi nəhənglərin olduğu məlumdur. Yalnız 2017-ci ildə təxminən 2 milyon dollar ianə olub.
Qeyd edək ki, Messi daha əvvəl vergidən yayındığı üçün məsuliyyətə cəlb edilib. 31 yaşlı forvard 250 min avro cərimə ödəyərək, 21 aylıq həbsdən yayınıb.
Oxşar xəbərlər
“Atletiko”nun oyunçusu haqda həbs qərarı - 6 ay azadlıqdan məhrum olunacaq
Futbolçu vergidən yayınmaqda ittiham olunur
Məhkəmə Messiyə qarşı işə xitam verdi
Argentina hökuməti Messini ittiham etdi
Neymar hökuməti məhkəməyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azarkeşlərinə ekspres avtobuslar ayırdı - “Neftçi”dən jest
-
Pley-off mərhələsinin püşkü atıldı - Region Liqası
-
“Qalatasaray” futbolçusu ilə yeni müqavilə imzaladı
-
AFFA-nın baş katibi səfirlə görüşdü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" – "Araz-Naxçıvan" matçının hakimləri məlum oldu - Azərbaycan Kuboku