reklam
“Qəbələ” “Sabah”la oyun üçün hazırlığa start verdi
Sportfm.az xəbər saytı

“Qəbələ” “Sabah”la oyun üçün hazırlığa start verdi


“Qəbələ” Topaz Premyer Liqasının 10-cu turunun hazırlığına start verib. 

Sportfm.az xəbər verir ki, oktyabrın 27-də keçirilən “Sumqayıt”la 9-cu turun səfər matçının ertəsi Bakıda bərpaedici məşq keçib, ardınca birgünlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib. 

“Qırmızı-qaralar” bu gün baş tutan səhər məşqi ilə “Sabah”la qarşılaşmanın hazırlığına başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq prosesi “Bakı”nın təlim-məşq bazasında gerçəkləşib. Futbolçular əvvəl fiziki təmrinlər yerinə yetirib, ardınca meydançada toplu çalışmalar icra olunub. 

Bir məşqlə paytaxt hazırlığını yekunlaşdıran “qırmızı-qaralar” sabah Qəbələyə yollanacaq. Günün ilk yarısında Bakını tərk edəcək komanda hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.

Xatırladaq ki, noyabrın 4-də keçiriləcək “Qəbələ” – “Sabah” matçı saat 17:00-da başlayacaq.

 

Oxşar xəbərlər

"Qəbələ" Qəbələdəki oyuna Bakıda hazırlaşır - FOTO
"Qəbələ" hazırlıqlara start verdi
“Qəbələ” Bakıda hazırlığını davam etdirir
"Qəbələ" "Səbail" üçün hazırlıqlara başladı
"Qəbələ" "Proqres"lə cavab oyununa hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər