reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" hazırlıqlara start verdi


“Qəbələ” yeni mövsümün hazırlığına start verib. 

Sportfm.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib. 2019/20 mövsümünə hazırlıq çərçivəsində baş tutan ilk məşq iki hissədən ibarət olub. Öncə futbolçular fiziki hazırlıq keçiblər. Ardınca komanda üzvləri meydanda məşq ediblər. Sənan Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıqda əsasən toplu çalışmalar yerinə yetirilib. Komanda növbəti məşqini sabah axşam saatlarında gerçəkləşdirəcək. 

Xatırladaq ki, yeni mövsümə hazırlığın ilk mərhələsi iyunun 29-dək davam edəcək. Həmin gün “Qəbələ” Bakıda “Zirə” ilə yoxlama oyunu keçirəcək.

Oxşar xəbərlər

"Qəbələ" qış toplanışına start verdi
"Qəbələ"yə bir məşq kifayət etmədi
“Qəbələ” “Sabah”la oyun üçün hazırlığa start verdi
"Qəbələ" niyə bir məşqlə kifayətlənir?
Sənan Qurbanov işə başladı - Bəhlul Mustafazadə "yuvaya döndü"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər