reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" və "Neftçi" matçında azarkeşlər arasında qarşıdurma baş verdi


"Qəbələ" və "Neftçi" azarkeşləri iki komanda arasındakı futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçında münaqişəyə giriblər.

Sportfm.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı insident matçın 70-ci dəqiqəsində baş verib. Qonşu perpendikulyar sektorlarda olan fanatların qarşılıqlı söz atışmaları ilə müşayiət olunan insident sonradan daha da böyüyüb. Nəticədə tərəflər bir-birilərinə yandırıcı pirotexniki maddələr atıblar. Olaya polislər müdaxilə edib.

Toqquşma aradan qaldırılsa da, tərəflərin söz atışmaları sonradan da davam edib.

Bundan az əvvəl isə "Neftçi"nin kapitanı Emin Mahmudovla "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə arasında insident baş verib. Referi Rəhim Həsənov Azərbaycan millisinin hər iki futbolçusuna sarı vərəqə göstərib. Sonradan Xəlilzadə simulyasiyaya yol verməsi səbəbindən daha bir sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, azlıqda olmasına baxmayaraq, "Qəbələ" böyük hesabla qalib gəlib - 3:1. (report)

Oxşar xəbərlər

"Sabah" - "Neftçi" oyununda insident yaşandı - Azərbaycan Premyer Liqası
AFFA "Qəbələ"ni 1800 manat cərimələdi
"Qəbələ" "Neftçi"yə qalib gəldi
AFFA iki oyunçuya göstərilmiş sarı vərəqəni ləğv etdi
"Neftçi"nin azarkeşləri azadlığa buraxıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər