"Neftçi"nin azarkeşləri azadlığa buraxıldı
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində dünən keçirilən "Neftçi" - "Qəbələ" oyunundan sonra insident baş verib.
Sportfm.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri ilə polislər arasında qarşıdurma yaşanıb. Paytaxt təmsilçisinin məğlubiyyətini həzm edə bilməyən "Forza Neftçi" fan-klubunun üzvləri meydana petarda atıblar və təhlükəsizlik xidmətinin əməkdaşlarının buna cavabı sərt olub.
Tərəflər arasında yaşanmış insident nəticəsində iki azarkeş bölməyə aparılıb. Lakin "Forza Neftçi" fan-klubunun rəhbəri Sübhan Əliyev əməkdaşımızla söhbətində onların sərbəst buraxıldığını bildirib: "Petardanı saxlamışdıq ki, qələbə qazananda yandırarıq. Amma komanda uduzduğu üçün uşaqlar əsəbləşmişdilər. Polislər də bundan sonra üstümüzə gəldilər. 2 nəfəri maşına mindirib apardılar. Elə məni də aparmaq istəyirdilər, uşaqlar imkan vermədi. "Neftçi" klubundan da bölməyə zəng vurmuşdular. Gecə saat 2-də həmin uşaqları sərbəst buraxdılar".
Əliyev baş verənlərə görə, "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadəni də günahlandırıb: "Komanda uduzduğu üçün azarkeşlərin gözündə alov var idi. Heç kim məğlubiyyəti həzm edə bilmirdi. Uşaqlar ağlayır, ayaq üstə dura bilmirdilər. Polislər də o anda üstümüzə çox gəldi. Bir az anlaşılmazlıq yarandı. Baş verənlərdə Təmkin Xəlilzadənin də rolu oldu. Tez-tez yerə yıxılıb vaxt aparırdı. Qalmaqalın başlamasına səbəb elə bu oldu". "Qəbələ"yə səfərdə qalib gələn (2:1) "Neftçi" öz meydanında 1:3 hesabı ilə məğlub olduğundan, finala adlaya bilməyib. (apasport.az)
Oxşar xəbərlər
"Qəbələ" azarkeşi polis bölməsinə aparıldı - Futbolçumuz rəqibə sillə vurdu
"Forza Neftçi" tribunadan getdi!
Region Liqasında biabırçılıq: baş məşqçi hakimlə dalaşdı, polislər meydana girdi - VİDEO
"Qəbələ" və "Neftçi" matçında azarkeşlər arasında qarşıdurma baş verdi
Ukraynada azarkeşlər arasında kütləvi dava
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası