AFFA iki oyunçuya göstərilmiş sarı vərəqəni ləğv etdi
AFFA İntizam Komitəsi "Keşlə" və "Nefçi" klublarının futbolçularına göstərilən sarı vərəqələri ləğv edib.
Sportfm.az xəbər verir ki, "Keşlə"nin qapıçısı Orxan Sadıqlı və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudovun cəzaları videotəkrara baxıldıqdan sonra silinib.
Sadıqlı "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXIV tur matçının 45-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalandırılıb. Emin Mahmudov isə "Qəbələ" ilə qarşılaşmanın 63-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub.
Bununla belə, "Neftçi"yə "Qəbələ" ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünün 90+3-cü dəqiqəsində azarkeşlərinin meydana kənar əşyalar atması səbəbindən 1600 manat cərimə kəsilib. “Qəbələ” isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib.
Oxşar xəbərlər
“Sumqayıt” tərcüməçisinə görə cərimə olundu - QƏRAR
AFFA klublara cərimə kəsdi
AFFA "Zirə"ni cərimələdi
"Qəbələ"nin futbolçusunun qırmızı vərəqəsi ləğv edildi
"Zirə"nin oyununun videoyazısına baxıldı, vərəqə ləğv edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası