Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"la oyun ölüm-dirim mübarizəsi olacaq"
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" ilk oyunda 0:1 hesabı ilə uduzduğu İsveçin "Qöteborq" klubunu qəbul edəcək. Sportfm.az xəbər verir ki, "Qöteborq"un futbolçusu Mattias Byarsmir oyunla bağlı fikirlərini bölüşüb: "Bizim üçün cavab matçı çətin keçəcək. "Qarabağ” ancaq hücum haqda düşünəcək. Əlimizə fürsət düşəndə rəqibi cəzalandırmağa çalışacağıq. Nəzərə almaq lazımdır ki, "Qarabağ” ÇL-da mübarizəni dayandıraraq Avropa Liqasında çıxış edir. Onlar həmin uğursuzluğu unutdurmaq istəyirlər. Əsl ölüm-dirim mübarizəsi olacaq. Reynaldo, Riçard Almeyda və Migel Madera öz oyunları ilə seçilən futbolçudurlar. Onlardan ehtiyatlanmalıyıq”.
Qeyd edək ki, "Qarabağ" - "Qöteborq" matçı sabah 20:30-da start götürəcək
Oxşar xəbərlər
Qazaxıstanla ölüm-dirim savaşı
Yorgen Lennartsson: "Penaltilərə hazırlaşmaq üçün vaxtımız olmayıb"
"Qarabağ" və "Qəbələ"nin matçları canlı yayımda
"Qarabağ" - "Qöteborq" matçının hakimləri müəyyənləşdi
"Qarabağ" İsveçdə coşqu ilə qarşılandı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin