reklam
Yorgen Lennartsson:
Sportfm.az xəbər saytı

Yorgen Lennartsson: "Penaltilərə hazırlaşmaq üçün vaxtımız olmayıb"


Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində "Qöteborq" Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ"ın qonağı olacaq. Sportfm.az xəbər verir ki, İsveç klubunun baş məşqçisi Yorgen Lennartsson mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sizi görməyimə şadam. Səbrsizliklə sabahkı oyunu gözləyirik. Düşünürəm ki, hələ də cütün favoriti "Qarabağ"dır. Amma bizim də şansımız var. Meydana çıxıb öz oyunumuzu göstərəcəyik.

- İsveçdə müdafiə futbolu oynadız. Sabah yenə eyni "Qöteborq" görəcəyik?
- Təbii ki, qol vurmağa çalışacağıq. Bu da "Qarabağ"da təzyiq yaradacaq. Əlbəttə əsas işimiz müdafiə olacaq. Amma buna baxmayaraq qol vurmaq üçün də səy göstərəcəyik.

- İlk oyunda bəxtin sayəsində qalib gəldiz. 1-0 hesabı sizin üçün nə dərəcədə avantajlıdır?
- Əlbəttə ki, 0:0-dan daha yaxşı nəticədir. İlk oyunda qapımızı toxunulmaz saxlamaqla çox önəmli iş gördük. Sabah biz 1 qol vursaq "Qarabağ" 3 qol vurmalıdır. Bu da bizim xeyrimizədir.

- Penaltilərə hazırlaşmısız?
- Bu haqda danışmışıq. Amma məşq etməmişik. Bunun üçün vaxtımız da olmayıb.

- Çox enerjilisiz. Təbiətiniz belədir, yoxsa ilk oyundakı nəticəyə görə beləsiz?
- Bu işimizin bir hissəsisdir. Pozitiv görünüb futbolçularıma motivasiya verməliyəm.

- Sabah stadionda 31 000 azarkeşin olacağı sizə necə təsir edəcək?
- Stadionun tam dolu olmağını istəyirik. Bu, bizi daha da həvəsləndirəcək.

- Ot örtüyü necədir?
- Düzdür yaxşı deyil. Amma hər iki komanda eyni şərtlər altında oynayacaq.

- Sizin üçün "Viktoriya", yoxsa "Qarabağ" arzuolunan rəqib idi?
- Bu, komandaya görə dəyişir. Hər iki komanda fərqli taktikalarla oynayırlar. Bizim üçün bir fərqi yoxdur. "Qarabağ" "Viktoriya" ilə matçda çox üstün oynamışdı. 100 %-lik epizodları dəyərləndirə bilmədilər.

- "Qarabağ"ın üstünlüyü doğma meydandır. Bəs "Qöteborq"un?
- İlk oyundakı nəticə bizim üstünlüyümüzdür. Bir qol da vursaq rəqibdə əlavə təzyiq yaranacaq və bu bizim işimizi asanlaşdıracaq. "Qarabağ" yaxşı komandadır, amma biz də sübut etdik ki, əzmkarlıqla da qələbə qazanmaq olar.

- Zədəli futbolçularınız var?
- Ötən oyunla müqayisədə heç bir dəyişiklik yoxdur.

- "Qöteborq" isveç futboluna çox xeyir verib, yoxsa İbrahimoviç?
- Bizim klub öz zonamıza çox xeyir verib. Amma ölkə olaraq Zlatan bir nömrədir. O, Malmödəndir. Ölkəmizə çox xeyir verib.

Oxşar xəbərlər

"Ondan əl çəkməyəcəyik" - Qurban Qurbanov
“Qarabağ” güclü komandadır" - Millinin baş məşqçisi
"Bakıda bizim üçün çətin olacaq” - Xabi Alonso
Tahir Gözəl: "Qarabağ" xaricdə daha yaxşı oynayır"
"Qarabağ"la oyun ölüm-dirim mübarizəsi olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər