reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" və "Qəbələ"nin matçları canlı yayımda


Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" cavab matçına çıxacaq. Sportfm.az xəbər verir ki, hər iki klubumuzun oyunu televiziya vasitəsilə canlı yayımlanacaq.
 
İlk matçda səfərdə İsveçin "Qöteborq" klubuna 0:1 hesabı ilə məğlub olan "Qarabağ" avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda revanş matçına çıxacaq. Saat 20:30-da start götürəcək bu qarçılaşma futbolsevərlərə "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı olaraq təqdim olunacaq.
 
"Qəbələ" isə Sloveniyada "Maribor"un qonağı olacaq. Bakıda keçirilən görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən "qırmızı-qaralar"ın cavab oyunu "CBC Sport" kanalından canlı yayımlanacaq. "Maribor" - "Qəbələ" matçı 25 avqust, saat 22:15-də baş tutacaq.

Oxşar xəbərlər

"Qarabağ" Bakıda cavab matçına çıxacaq - Çempionlar Liqası
“Qarabağ”-"Vorskla" matçı canlı yayımda
"Qəbələ"nin səfər matçı canlı yayımda
“Qarabağ”ın səfər matçı canlı yayımlanacaq
"Qarabağ"ın matçı hansı kanalda yayımlanacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər