reklam
Rey Farruciya:Azərbaycanla oyunda həmin səhvləri etməməyə çalışacağıq
Sportfm.az xəbər saytı

Rey Farruciya:Azərbaycanla oyunda həmin səhvləri etməməyə çalışacağıq


Sabah Millətlər Liqası çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Malta matçından öncə təşkil edilən mətbuat konfransında qonaqların baş məşqçisi Rey Farruciya jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis öncə oyun haqqında qısa fikirlərini bildirib: Sabah bizi çox çətin oyun gözləyir. Qısa arayla 2-ci vacib görüşə çıxırıq. Azərbaycan yığması son görüşdə qalib gəlib, onlar bu seriyanı davam etdirmək istəyəcəklər.

- Kosovo ilə oyunda qol vursanız da, hesabı qoruyub saxlaya bilmədiniz. Buna nə mane oldu?

- Kosovo güclü yığmadır. Səhvlər etdik və məğlub olduq. Azərbaycanla oyunda həmin səhvləri etməməyə çalışacağıq. 

- Millətlər Liqası haqqında nə deyə bilərsiniz?

- Bizim çox gənc komandamız var. Hazırda nəsil dəyişmə prosesi gedir. Gələcəkdə bunun bəhrəsini görəcəyimizə inanıram. Bu turnir bizim üçün böyük təcrübədir. Maraqlı qrupda yer alırıq, bu turnirdəki matçlar yoldaşlıq görüşlərinə bənzəmir. 

- Azərbaycan və Kosovo yığmalarını müqayisə edə bilərsiniz. 

- Hər iki komanda arasında böyük fərq yoxdur. Ancaq düşünürəm ki, Azərbaycana daha çətin olacaq, axı siz Kosovo ilə səfərdə qarşılaşmalı olacaqsınız. 

Oxşar xəbərlər

Qurban Qurbanov: Dadaşovun əvvəlki oyunlarda olmaması təəssüf hissi yaratmır
"Malta - Azərbaycan oyununun nəticəsi bizim üçün əlverişli oldu" - Kosovonun baş məşqçisi
Bernar Şalland:"Hücum xəttinin çıxışından razı deyiləm"
Kosovo yığmasının baş məşqçisi:"Araşdırmışam, əla komandanız var"
Baş məşqçi yığmamızı güclü rəqib saymır! - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər