reklam
Kosovo yığmasının baş məşqçisi:
Sportfm.az xəbər saytı

Kosovo yığmasının baş məşqçisi:"Araşdırmışam, əla komandanız var"


UEFA Millətlər Liqası turniri çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo oyunu ərəfəsində mətbuat konfransı təşkil olunub. 

Sportfm.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə qonaqların baş məşqçisi Bernar Şalland jurnalistlərin suallarını cavablandırıb. 

- Yığmamız haqqında hansı məlumatlara maliksiniz?

- Azərbaycan bu qrupun favoritlərindəndir. Seçmə mərhələdə 10 xal toplayan yığmanın gücünü yaxşı bilirik. Araşdırmışam, əla komandanız var. Ancaq digər yığmaları da unutmaq olmaz. 

- Bütün açıqlamalarında Azərbaycanın favorit olduğunu deyirsiniz. Bakıda Kosovo yığmasının məqsədi nədir?

- Mən durub deyə bilmərəm ki, Kosovo gəlib Bakıda Azərbaycanı udacaq. Axı biz gənc komandayıq. Cəmi bir seçmə mərhələdə mübarizə aparmışıq. Məqsədimiz özümüzü ən yaxşı tərəfdən göstərməkdi. 

- Kosovo yığmasının liderlərindən Valon Berişanın sabahkı matçda iştirak etməməsi oyununuza necə təsir edəcək?

- Valon bizim üçün çox önəmli futbolçudur. Ancaq sabah onsuz mübarizə aparmalı olacağıq. Onu əvəz edəcək futbolçunun əlindən gələni edəcəyini düşünürəm. Növbəti matçlarda bizə kömək edəcəyinə ümid edirəm. 

Oxşar xəbərlər

Bernar Şalland:"Hücum xəttinin çıxışından razı deyiləm"
Qurban Qurbanov:"Məni narahat edən amillər var"
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
Azərbaycan - Kosovo matçının mətbuat konfransının vaxtı məlum oldu
Qara Qarayev:"Dediyim fikirlərin üstündə qalıram"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər