Qurban Qurbanov:Dadaşovun əvvəlki oyunlarda olmaması təəssüf hissi yaratmır
Sabah Millətlər Liqası çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Malta matçından öncə təşkil edilən mətbuat konfransında milli komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis öncə görüşlə bağlı qısa fikirlərini bildirib: Hər görüşümüz çox vacibdir. Çətin səfərdən sonra evdə oynayırıq. Oyunun vacibliyini dərk edirik. Futbolçularımıza inanıram.
- Malta ilə qarşılaşmada heyətdə dəyişiklik görə biləcəyikmi?
- Heyətdə dəyişiklik etmək fikrimiz yoxdur. Start heyəti ilə son sözü sabah deyəcəm.
- Maltanın aparıcı futbolçularının sabahkı matçda iştirak etməməsi bizim üçün üstünlük ola bilərmi?
- Bizi asan qarşılaşma gözləmir. Onlar çətin matçlarda fərqlənə bilib. Maltanın kapitanı Mifsudun olmaması onlara problem yaratmamalıdı.
- Son görüşdə özünü yaxşı tərəfdən göstərən Rüfət Dadaşovun əvvəlki matçlara dəvət edilməməsi təəssüf hissi yaratmır ki?
- Xeyr, yaratmır. Biz onun klubdakı çıxışını izləyirdik. Lazımi anda çağırdığımızı düşünürəm. Onsuzda seçim imkanımız çox deyil.
Oxşar xəbərlər
Maksim Medvedev:Əlimizdən gələni edəcəyik
Malta yığmasının üzvü rəqibi təriflədi
Rey Farruciya:Azərbaycanla oyunda həmin səhvləri etməməyə çalışacağıq
"Komandam qalib gəlmək üçün hər şeyi edəcək" - Qurban Qurbanov
Qurban Qurbanov:"Məni narahat edən amillər var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası