reklam
Rusiya millisinin futbolçuları həbs olundu -
Sportfm.az xəbər saytı

Rusiya millisinin futbolçuları həbs olundu -FOTO


Moskvadakı kafelərdən birində dava salan Rusiya millisinin və "Zenit" klubunun hücumçusu Aleksandr Kokorin iki ay müddətinə həbs olunub.

Sportfm.az xəbər verir ki, futbolçu dekabrın 8-dək həbsdə qalacaq.

Qeyd edək ki, oktyabrın 8-də Kokorin və "Krasnodar" klubunun yarımmüdafiəçisi Pavel Mamayev iki davada iştirak ediblər. Əvvəlcə futbolçular başqa üç nəfərlə birlikdə teleaparıcı Olqa Uşakovanın sürücüsünü döyüblər. 33 yaşlı Vitali Salovçuk ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Sonra isə onlar Moskvadakı kafelərdən birinə gediblər və orada Sənaye və Ticarət Nazirliyinin departament rəhbəri Denis Pakı və Avtomobil və Avtomotor Mərkəzi elmi tədqiqat institutunun direktoru Sergey Qaysinlə dalaşıblar. Kokorin Paka stulla zərbə endirib.

Oxşar xəbərlər

Kokorin və Mamayev azadlığa buraxıldı - FOTO
Məmuru döyən futbolçuların həbsdən çıxacağı tarix bilindi
Kokorin və Mamayev görün nə təmizləyir - FOTO
Dövlət məmurunu döyən futbolçular polis şöbəsinə çağırıldı - insident
"Zenit"in hücumçusu həbs olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər