reklam
Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurdu
Sportfm.az xəbər saytı

Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurdu


Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub.

Sportfm.az xəbər verir ki, F qrupunda yer alan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv II mərhələnin 4-cü oyununda da uduzub. Yığma Osaka şəhərində baş tutan görüşdə Bolqarıstan komandasına məğlub olub – 0:3 (19:25, 20:25, 20:25).

Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda III mərhələni 6 xalla sonuncu – 8-ci pillədə başa vurub.

Qeyd edək ki, bu gün F qrupunda İtaliya - ABŞ, Türkiyə - Tailand, Çin - Rusiya oyunları keçiriləcək. Hazırda İtaliya 24 xalla liderdir. Çin 21, ABŞ 19, Rusiya 18, Türkiyə 12, Bolqarıstan və Tailand isə 11 xala malikdir. İlk 3 yeri tutanlar III mərhələyə vəsiqə qazanacaqlar.

Oxşar xəbərlər

Yığmamız Türkiyəyə uduzdu - FOTO
Azərbaycan millisi Çin yığmasına uduzdu
İtaliyaya da uduzduq - Dünya çempionatında
Millimiz dünya çempionatında İtaliya yığması ilə qarşılaşacaq
Dünya çempionatı: millimiz ilk qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər