Dünya çempionatı: millimiz ilk qələbəsini qazandı
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında bu gün II tur matçına çıxıb.
Sportfm.az xəbər verir ki, C qrupunun oyununda rəqib Cənubi Koreya yığması olub. Kobe şəhərində təşkil olunmuş qarşılaşmadan Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qalib ayrılıb - 3:1. İlk 2 seti 25:18 hesablı üstünlüklə tamamlayan Azərbaycan millisi üçüncü setdə ciddi müqavimətlə üzləşib. Nəticədə Cənubi Koreya seti öndə tamamlayıb - 25:23. Lakin dördüncü set həlledici olub. Qarayevin komandası yenə 25:18 hesablı üstünlüklə görüşün taleyini həll edib.
Bu, dünya çempionatında ilk qələbə olub. Birinci turda Azərbaycan ABŞ-a 0:3, Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə uduzub. Bu gün isə ABŞ Trinidad və Tobaqonu 3:0 (25:11, 25:11, 25:11) hesabı ilə məğlub edib. Saat 14:20-də Tailand Rusiya matçı başlanacaq.
Qeyd edək ki, bu oyunlardan sonra C qrupunda turnir cədvəlinə 6 xalla ABŞ başçılıq edir. Sonrakı 2 yerdə gedən Rusiya və Azərbaycanın hərəyə 3 xalı var. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü pillələrdədir. Xalı olmayan Trinidad və Tobaqo isə 6-cı pillədə qərarlaşıb.
Dünya çempionatı
C qrupu
30 sentyabr
11:10. Azərbaycan - Cənubi Koreya - 3:1 (25:18, 25:18, 23:25, 25:18)
Oxşar xəbərlər
Azərbaycan millisi Rusiya yığmasına uduzdu
Voleybolçular arasında dünya çempionatında ilk tura yekun vuruldu
Voleybol üzrə Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı - FOTO
Yaponiyada İtaliyaya uduzduq
Millimiz ABŞ və Rusiya yığmaları ilə bir qrupda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası