reklam
Azərbaycan millisi Çin yığmasına uduzdu
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Çin yığmasına uduzdu


Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ikinci oyununu keçirib.

Sportfm.az xəbər verir ki, yığma Osaka şəhərində Çinlə qarşılaşıb. Görüş Faiq Qarayevin baş məşqçi olduğu komandasının məğlubiyyəti ilə yekunlaşıb – 0:3. İlk və son setlərdə 17:25, ikinci setdə 16:25 hesablı nəticə qeydə alınıb.

F qrupunda II tur çərçivəsində Rusiya Bolqarıstanı 3:1, ABŞ isə Türkiyəni 3:0 hesabı ilə yenib. Tura Bakı vaxtı ilə saat 14:20-də start götürəcək İtaliya - Tailand matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda ABŞ 19 xalla liderdir. İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədir. Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadır.

Oxşar xəbərlər

Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurdu
İtaliyaya da uduzduq - Dünya çempionatında
Azərbaycan millisi Rusiya yığmasına uduzdu
Dünya çempionatı: millimiz ilk qələbəsini qazandı
Yaponiyada İtaliyaya uduzduq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər