Millimiz dünya çempionatında İtaliya yığması ilə qarşılaşacaq
Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində Azərbaycan millisi ilk oyunda İtaliya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.
Sportfm.az xəbər verir ki, Osaka şəhərində davam edəcək ikinci mərhələnin oyunlarında Azərbaycan komandası F qrupunda İtaliya ilə yanaşı, Çin, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacaq.
Cədvələ əsasən oktyabrın 7-də başlayacaq yarışın ilk günündə Türkiyə yığması Rusiya, Bolqarıstan komandası ABŞ, Çin idmançıları isə Tailand voleybolçuları ilə qarşılaşacaqlar.
Azərbaycan millisi oktyabrın 8-də Çin, 10-da Türkiyə, 11-də isə Bolqarıstan idmançılarına qarşı mübarizə aparacaq.
Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurdu
İtaliyaya da uduzduq - Dünya çempionatında
Millimiz dünya çempionatında Rusiya ilə qarşılaşacaq
Yaponiyada İtaliyaya uduzduq
Yığmamız ilk oyununu Polşaya qarşı keçirəcək - AÇ başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası