reklam
Həbiblə Konor arasında davanın yeni təfərrüatı – Günah kimdə olub? -
Sportfm.az xəbər saytı

Həbiblə Konor arasında davanın yeni təfərrüatı – Günah kimdə olub? -Araşdırma


Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında qalmaqallı döyüş hələ çox müzakirə olunacaq. Bu döyüş UFC tarixinə qızıl hərflərlə yazıldı.

Lakin tamaşaçılar üçün ən çox yadda qalan iki barışmaz rəqibinin üz-üzə gəlməsi yox, döyüşdən sonra baş verənlər oldu.

Sportfm.az xəbər verir ki, hər şeyin çox qarışıq olması səbəbindən ABŞ mətbuatı irlandiyalının məğlubiyyətindən sonra oktaqonda baş verənləri araşdırmağı qərara alıb. Həbib Nurməhəmmədov Konorun sparrinq tərəfdaşı Dillon Denisin üstünə cumdu. Bu zaman oktaqona Həbibin qohumu Əbubəkr daxil oldu.

Mühafizədən yan keçən Əbubəkr Konora tərəf qaçır, onun əlində papaq var. Konorla üz-üzə gələndə Əbubəkr irlandiyalıdan bir zərbə alır və sonuncunu papaqla vurmağa başlayır. Mühafizəçilər dağıstanlını oktaqonun kənarına sıxıb saxlayırlar.

Bundan sonra Həbibin sparrinq tərəfdaşı Zubayra Tuxuqov və güləş üzrə məşqçisi Esedulla Emirağayev məsələyə qarışırlar. Tuxuqov mühafizəçilərin arasında keçərək Konoru vurmağa cəhd edir. İrlandiyalıya bu zərbə çox təsir etmir və o, dağıstanlıya cavab olaraq bir neçə zərbə endirir.

Oxşar xəbərlər

Nurməhəmmədov və Makqreqorun yeni rəqibi peyda oldu - qəssab Nüsrət
Makqreqor Həbiblə yenə görüşmək üçün nə istədi?
UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
Həbib - Makqreqor döyüşündə yeni rekord
Putin Həbib Nurməhəmmədovla görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər