reklam
Həbib - Makqreqor döyüşündə yeni rekord
Sportfm.az xəbər saytı

Həbib - Makqreqor döyüşündə yeni rekord


“UFC 229” turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov ilə irlandiyalı Konor Makqreqor arasında oktyabrın 7-də ABŞ-ın Las-Veqas şəhərində keçirilən qarşılaşma ödənişli yayımların satışı üzrə bu yarışın tarixində rekord olub.

Sportfm.az xəbər verir ki, turnirin yayım hüququ UFC tarixində rekord məbləğə - 2,4 milyon dollara satılıb. Bundan əvvəlki ən yüksək məbləğ 2016-cı il avqustun 20-də keçirilən “UFC 202” turnirində qeydə alınıb - 1,5 milyon dollar. Həmin turnirin əsas döyüşü Konor Makqreqor ilə amerikalı Neyt Dias arasında olub.

Xatırladaq ki, Həbib Nurməhəmmədov ilə Konor Makqreqor arasında döyüşdə dağıstanlı idmançı 4-cü raundda qalib gələrək yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub.

Bu qələbə sayəsində Həbib Nurməhəmmədov UFC-nin yeni reytinq siyahısında altı pillə irəliləyərək ikinci sıraya yüksəlib. Konor Makqreqor isə ikinci pillədən səkkizinci pilləyə geriləyib.

Oxşar xəbərlər

Həbiblə Makqreqor arasında revanş baş tutmayacaq - "Makqreqor şansını gözləməlidir"
Nurməhəmmədov və Makqreqorun yeni rəqibi peyda oldu - qəssab Nüsrət
Nurməhəmmədovun potensial rəqibləri məlum oldu
Makqreqor Həbiblə yenə görüşmək üçün nə istədi?
Makqreqor-Nurməhəmmədov döyüşü nə vaxt baş tutacaq? - Məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər