Dövlət məmurunu döyən futbolçular polis şöbəsinə çağırıldı -insident
Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev xoşagəlməz insidentin iştirakçıları olublar.
Sportfm.az xəbər verir ki, futbolçular Moskvanın mərkəzindəki kafelərin birində Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysinlə münaqişəyə giriblər.
Dava-dalaşa çevrilən mübahisənin ardından Kokorin stulu Pakın başına çırpıb, yumruqla üzünə zərbə endirib. Şahidlər futbolçuların içkili olduğunu iddia edir. Mamayevin həyat yoldaşı Alana içkili olan oyunçuların hərəkəti üçün üzr istəyib.
Hadisədən sonra zərərçəkmiş məmurlar xəstəxanaya çatdırılıb, futbolçular isə kafeni tərk edib. Pakın vəkili müştərisinin kəllə-beyinixəsarəti aldığını, məsələ ilə bağlı cinayət işinin başladığını açıqlayıb. Hadisənin irqçi zəmində baş verdiyi bildirilir.
Bu gün futbolçuların polis bölməsində izahat verəcəkləri gözlənilir.
Oxşar xəbərlər
Kokorin və Mamayev azadlığa buraxıldı - FOTO
Kokorin və Mamayev daha 2 maddə üzrə günahkar sayıla bilər!
Kokorin və Mamayev görün nə təmizləyir - FOTO
Rusiya millisinin futbolçuları həbs olundu - FOTO
Premyer Liqada çıxış edən 2 oyunçu ömürlük futboldan uzaqlaşdırıla bilər!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası