reklam
Premyer Liqada çıxış edən 2 oyunçu ömürlük futboldan uzaqlaşdırıla bilər!
Sportfm.az xəbər saytı

Premyer Liqada çıxış edən 2 oyunçu ömürlük futboldan uzaqlaşdırıla bilər!


"Krasnodar"ın futbolçusu Pavel Mamayevlə "Zenit"in hücumçusu Aleksandr Kokorin həbs olunublar.

Sportfm.az xəbər verir ki, buna onların sərxoş halda iki məmuru - Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi “NAMİ”-nin rəhbəri Sergey Qasin və "Birinci kanal"ın əməkdaşını döymələri səbəb olub. Telekanalın sürücüsü kəllə-beyin travması alaraq, reanimasiyaya yerləşdirilib. Məmurlar isə xəsarət alıblar. Hazırda Rusiya futbol ittifaqının rəhbərliyi hər iki futbolçuya verəcəyi cəzanı müzakirə edir. Rusiya mətbuatı Kokorin və Mamayevə verilə biləcək cəzaların siyahısını açıqlayıb. Onlar ömürlük futboldan uzaqlaşdırılmaqla yanaşı, ciddi diskvalifikasiyaya da məruz qala bilər. 

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb.

Oxşar xəbərlər

Kokorin və Mamayev azadlığa buraxıldı - FOTO
Kokorin və Mamayevə hökm oxundu
Kokorin və Mamayev görün nə təmizləyir - FOTO
Rusiya millisinin futbolçuları həbs olundu - FOTO
"Zenit"in hücumçusu həbs olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər