reklam
Topaz Premyer Liqası: 3 oyuna 1900 azarkeş?! -
Sportfm.az xəbər saytı

Topaz Premyer Liqası: 3 oyuna 1900 azarkeş?! -Bizi necə aldadırlar?


Topaz Premyer Liqasının 7-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub. 

Sportfm.az xəbər verir ki, turun ilk görüşü "Dalğa Arena" "Zirə" və "Qəbələ" (1:0) arasında baş tutub. Bu qarşılaşmanı stadiondan 30-a yaxın azarkeş izləsə də, nədənsə matçın protokolunda 400 nəfər yazılıb. 

"Bayıl Arena"da baş tutan "Səbail" - "Sumqayıt" oyununda (2:0)  500, "Neftçi" - "Sabah" qarşılaşmasında (2:0) isə 1000 azarkeş qeydə alınıb. 

Beləliklə, Topaz Premyer Liqasının 7-ci turunu guya 1900 azarkeş izləyib. Bu isə hər oyuna orta hesabla, 633,3 fanat edir. 

Turun "Keşlə" - "Qarabağ" oyunu isə oktyabrın 31-nə təxirə salınıb.

 

Oxşar xəbərlər

Topaz Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?
Stadionlarımızda nə qədər azarkeş oldu?
Azərbaycan derbisini neçə azarkeş izlədi?
4 oyuna 2550 azarkeş - Bunun adı Azərbaycan Premyer Liqası
Topaz Premyer Liqası: Açılış turunu neçə azarkeş izlədi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər