reklam
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı start götürür
Sportfm.az xəbər saytı

Milli Gimnastika Arenasında Azərbaycan çempionatı start götürür


6 və 7 oktyabr tarixlərində Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu idman növünün ölkəmizdə qısa inkişaf yolu keçməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, çempionat açıq elan olunub və Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq yarış kimi təsdiqlənib. Bu da o deməkdir ki, medallar uğrunda gedən mübarizədə yerli gimnastlarımız meydançanı xarici gimnastlarla da bölüşəcəklər. Ötən il olduğu kimi bu il də Bolqarıstan və Rusiyadan, həmçinin ilk dəfə olaraq, Ukrayna və Qazaxıstandan gimnastların qatılacağı turnir artıq rəqabətin yüksək olacağını vəd edir.

Qeyd edək ki, 2 gün davam edəcək yarışda 200-ə yaxın gimnastın iştirakı gözlənilir. Ocaq Sport və AyUlduz Klubunun təmsilçiləri, o cümlədən qonaq gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında yer alaraq, fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcələr. Yarışlara biletləri Arenanın kassasından, həmçinin onlayn əldə edə bilərsiniz. Yarışların başlama vaxtı: 12:00 Məkan: Milli Gimnastika Arenası

Oxşar xəbərlər

Aerobika üzrə paytaxt çempionatı keçiriləcək
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
Aerobika gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yekunlaşdı - NƏTİCƏLƏR
Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı keçiriləcək
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər