Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı keçiriləcək
Oktyabrın 6-7-də Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək.
Sportfm.az xəbər verir ki, idmanın bu növünün ölkəmizdə qısa inkişaf yolu keçməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, çempionat açıq elan olunub və Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq yarış kimi təsdiqlənib. Medallar uğrunda gedən mübarizədə yerli gimnastlarımız meydançanı xarici gimnastlarla da bölüşəcəklər. Ötən il olduğu kimi bu il də Bolqarıstan və Rusiyadan, həmçinin ilk dəfə olaraq, Ukrayna və Qazaxıstandan gimnastların qatılacağı turnir artıq rəqabətin yüksək olacağını vəd edir.
Qeyd edək ki, 2 gün davam edəcək yarışda 200-ə yaxın gimnastın iştirakı gözlənilir. “Ocaq Sport” və “AyUlduz” klublarının təmsilçiləri, o cümlədən qonaq gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında yer alaraq, fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
Oxşar xəbərlər
Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi start götürdü
Aerobika üzrə paytaxt çempionatı keçiriləcək
Aerobika gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yekunlaşdı - NƏTİCƏLƏR
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı start götürür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası