reklam
Yığmalarımız medalsız qaldı -
Sportfm.az xəbər saytı

Yığmalarımız medalsız qaldı -ABŞ Olimpiadanın qalibi oldu


Bu gün Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.
Sportfm.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları sonuncu – XI turda müvafiq olaraq, Serbiya və Vyetnam komandaları ilə qarşılaşıblar.
Kişilərdən ibarət kollektiv rəqibini 4:0 hesabı ilə məğlub edərək xallarının sayını 15-ə çatdırıb və yarışı 15-ci pillədə başa vurub. İlk 3 yerdə qərarlaşan ABŞ, Rusiya və Çin eyni – 18 xal toplayıb. Lakin əlavə əmsallara görə ABŞ Olimpiadanın qalibi olub.
Qadınlardan ibarət millimiz isə son oyunda heç-heçə etməklə xalını 16-ya yüksəldib və yekunda 9-cu yeri tutub. Çin və Ukrayna 18 xal toplasa da, asiyalılar əlavə əmsallara görə birinci olub.
Ümumdünya Şahmat Olimpiadası

XI tur

Kişilər

Serbiya - Azərbaycan - 0:4

Duşan Popoviç - Teymur Rəcəbov - 0:1

Miloş Roqanoviç - Arkadi Naydiç - 0:1

Marko Neneziç - Rauf Məmmədov - 0:1

Velimir İviç - Eltac Səfərli - 0:1

A.Naydiçlə E.Səfərli ağ, T.Rəcəbov və R.Məmmədov isə ağ fiqurlarla oynayıblar.

Qadınlar

Vyetnam - Azərbaycan

Vo Thi Kim Funq - Günay Məmmədzadə - 0:1

Fam Le Thao Nquen - Zeynəb Məmmədyarova - 0,5:0,5

Thi Bao Tram Hoanq - Gülnar Məmmədova - 0,5:0,5

Thi Mai Hunq Nquyen - Ülviyyə Fətəliyeva - 1:0

Z.Məmmədyarova və Ü.Fətəliyeva ağ, G.Məmmədzadə və G.Məmmədova isə qara fiqurlarla oynayıblar.

 

Oxşar xəbərlər

Kişi şahmatçılarımızdan ikinci məğlubiyyət
Millimiz vahid lider ola bilər
Ümumdünya Şahmat Olimpiadası: yığmamız Çexiya ilə üz-üzə
Yığmalarımız İngiltərə və ABŞ-la qarşılaşacaq
Şahmatçılarımız növbəti qələbəsini qazandı - Olimpiadada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər