reklam
Azərbaycanlı şahmatçılar ilk yüzlükdə
Sportfm.az xəbər saytı

Azərbaycanlı şahmatçılar ilk yüzlükdə


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sentyabrın 1-nə olan reytinq cədvəli dərc edilib. Klassik şahmat üzrə reytinqin ilk iyirmiliyinə altı azərbaycanlı daxildir.

Sportfm.az xəbər verir ki, norveçli Maqnus Karlsen (2839) yenidən reytinq cədvəlinə başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2827) ikinci, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2820) isə üçüncü yeri tutur.

Şahmatçılarımız Teymur Rəcəbov (2751) on yeddinci, Arkadi Naydiç (2721) iyirmi səkkizinci, Rauf Məmmədov (2699) qırx altıncı, Eltac Səfərli (2676) altmış beşinci, Qadir Hüseynov (2667) yetmiş dördüncü yerdədir.

Qadın şahmatçıların reytinq cədvəlində Azərbaycanın bir təmsilçisi yer alıb. Günay Məmmədzadə 2438 reytinqlə otuz üçüncü yeri tutur.

Zərif cinsin nümayəndələri arasında ilk üçlüyə çinli Tszyun Ventszyun (2561), Hou İfan (2658) və rusiyalı Aleksandra Kostenyuk (2559) daxildir.

Oxşar xəbərlər

Norveçli, amerikalı və azərbaycanlı - FİDE reytinqi açıqlandı
Məmmədyarov FIDE-nin reytinq cədvəlində yerini dəyişmədi
Şəhriyar yerini qorudu
FIDE reytinq cədvəlini dərc etdi
Qrossmeysterimiz dünya reytinqinin ilk üçlüyündədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər