Şəhriyar Məmmədyarov FİDE-nin reytinqində ikinci pilləyə yüksəldi
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinq cədvəlində ikinci yeri tutur.
Sportfm.az xəbər verir ki, FİDE 2018-ci il fevralın 1-nə olan reytinq siyahısını açıqlayıb. Şəhriyar Məmmədyarov reytinqdə 2018-ci il yanvarın 1-nə olan vəziyyətə görə, öz mövqeyini yaxşılaşdıraraq fevralda üçüncü yerdən ikinci pilləyə yüksəlib. Şahmatçımız FİDE-nin reytinq siyahısında öz əmsalını 10 xal artıraraq 2814 xala çatdırıb.
FİDE-nin məlumatına görə, Norveçdən olan dünya çempionu Maqnus Karlsen 2843 xalla dünyanın ən güclü şahmatçılarının siyahısında liderliyini davam etdirir Üçüncü yeri keçmiş dünya çempionu, rusiyalı Vladimir Kramnik tutur (2800 xal).
Digər şahmatçımız Teymur Rəcəbov (2748) yanvar ayı ilə müqayisədə bir pillə yüksələrək 18-ci yerdə qərarlaşıb. Öz əmsallarını və mövqelərini qoruyub saxlayan digər Azərbaycan şahmatçıları Rauf Məmmədov (2709) 40-cı, Arkadi Naydiç (2705) 41-ci yeri tuturlar.
Oxşar xəbərlər
Məmmədyarov FIDE-nin reytinq cədvəlində yerini dəyişmədi
FIDE reytinq cədvəlini dərc etdi
Azərbaycanlı idmançı dünya reytinqində ikinci sırada - Şəhriyarın böyük uğuru
Şəhriyar Məmmədyarov FIDE-nin reytinq siyahısında üçüncü yerə yüksəlib
Şəhriyar Məmmədyarov FİDE reytinqdə 4-cü pilləyə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası