reklam
Ronaldoya iş açıldı
Sportfm.az xəbər saytı

Ronaldoya iş açıldı


Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) "Yuventus" futbol klubunun hücumçusu Kriştianu Ronalduya qarşı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Valensiya" klubuna qarşı oyunun nəticələrinə əsasən intizam işi açıb. 

Sportfm.az xəbər verir ki, bununla bağlı ESPN məlumat yayıb. 

İntizam işinə sentyabrın 27-də Nizam-intizam, etika və nəzarət idarəsində baxılacaq. Futbolçu qırmızı vərəqə aldığı üçün avtomatik olaraq, oktyabrın 2-də "Young Boys"a qarşı keçiriləcək oyunu buraxacaq, ancaq onun diskvalifikasiyası artırıla bilər. 

Dünən "Valensiya"ya qarşı keçirilən oyunda Ronaldu qırmızı vərəqə alıb. Hakim Feliks Brix portuqaliyalını matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb.

Hakim hesab edib ki, Ronaldu meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştianu meydançanı göz yaşları içərisində tərk edib.  

Qeyd edək ki, "Yuventus" azlıqda olmasına baxmayaraq, "Valensiya"nı 2:0 hesabı ilə məğlub edib. 

Oxşar xəbərlər

Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıldı
"Barselona"ya qarşı intizam işi açıldı
UEFA "Qarabağ"a qarşı intizam işi açdı
UEFA Rusiya klubuna qarşı intizam işi açdı
Ronaldo meydandan qovuldu - Karyerasında ilk dəfə...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər