reklam
“Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə start verildi
Sportfm.az xəbər saytı

“Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə start verildi


Türkmənistanın Lepab vilayətində “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə start verilib.

Sportfm.az xəbər verir ki, avtorallinin açılışında çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qaraqum səhrasında keçiriləcək yarışın marşrutunun uzunluğunun Amuldan Xəzərədək 1571 kilometr olduğunu bildirib.

Avtorallinin Amu-Dəryada keçirilməsi “Qədim İpək Yolu” karvanlarının məkanı olaraq seçilib. İyirmi ölkədən 80 komandanın qatıldığı rallidə yarışlar üç kateqoriya - minik, yük avtomobilləri və kvadrosikllər üzrə təşkil olunacaq.

Sentyabrın 11-dən 15-dək keçiriləcək “Amul- Xəzər 2018” yarışında “Africa Eco Race” avtorallisinin baş direktoru Jan Lui Şleser və başqaları da iştirak edirlər.

 

Oxşar xəbərlər

“Əziz Şuşa” turnirində 8 ölkədən 13 komanda iştirak edəcək
“İpək yolu” rallisinin tarixi açıqlandı - Rusiya, Monqolustan və Çin
“İpək Yolu Kuboku” turniri start götürür
“Formula 1” üçün tribunaların quraşdırılmasına start verildi
Mübariz Mənsimov: "Xəzər Lənkəran" hər zaman yaşayacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər