Millimizin üzvü Türkiyə klubundan borcunu tələb edir
FIFA Türkiyənin "Manisaspor" klubuna tətbiq etdiyi transfer qadağasını qüvvədə saxlayıb.
Sportfm.az xəbər verir ki, buna səbəb 4 futboçunun klubun onlara olan borcundan imtina etmək istəməmələridir. Manisa təmsilçisinin rəsmiləri borcu olduğu oyunçulara müraciət etsə də, Bahattin Köse, Mətin Yüksəl, Slavko Petroviç və millimizin üzvü Ufuk Budakdan mənfi cavab alıblar. Futbolçular FIFA-ya göndərdikləri şikayət ərizələrini geri götürməyiblər.
Klubun futbol şöbəsinin rəhbəri Altan Çakıcı bildirib ki, transfer qadağası gənc futbolçuların yolunu açmaq baxımından faydalı olacaq.
Qeyd edək ki, hazırda "Boluspor"da çıxış edən millimizin üzvü 2017-ci ildə "Manisaspor"un uğurları üçün çalışıb. Hazırda "Manisaspor"un heyətində millimizin sabiq üzvü, ölkəmizdə "Sumqayıt" və "Xəzər Lənkəran"ın formasını geyinmiş Uğur Pamuk da yer alıb.
Oxşar xəbərlər
Türkiyə klubuna sərt cəza - 6 xalı silindi
FİFA Türkiyə klubuna qadağanı Azərbaycan millisinin futbolçusuna görə götürmədi
FIFA Türkiyə klubuna qadağanı millimizin futbolçusuna görə götürmədi
Yığmamızın üzvü pulundan imtina etməlidi! - Cəzaya görə
Yığmamızın sabiq üzvü Birinci Liqa komandasına da lazım olmadı! - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası