reklam
FİFA Türkiyə klubuna qadağanı Azərbaycan millisinin futbolçusuna görə götürmədi
Sportfm.az xəbər saytı

FİFA Türkiyə klubuna qadağanı Azərbaycan millisinin futbolçusuna görə götürmədi


FİFA Türkiyənin "Manisaspor" klubuna tətbiq etdiyi transfer qadağasını qüvvədə saxlayıb.

Sportfm.az xəbər verir ki, buna səbəb Azərbaycan millisinin futbolçusu Ufuk Budak da daxil olmaqla, 4 futbolçunun klubun onlara olan borcundan imtina etmək istəməmələridir. Manisa təmsilçisinin rəsmiləri borcu olduğu oyunçulara müraciət etsə də, 28 yaşlı müdafiəçi ilə yanaşı, Bahattin Köse, Nikola Mikiç və Slavko Petroviçdən mənfi cavab alıblar. Futbolçular FIFA-ya göndərdikləri şikayət ərizələrini geri götürməyiblər.

Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk da hazırda bu komandanın heyətində yer alıb.

Qeyd edək ki, hazırda Türkiyənin I Liqasında çıxış edən “Boluspor”a bu yay keçən Ufuk Budak "Manisaspor"da 2017-ci ildə çıxış edib. 

Oxşar xəbərlər

Millimizin üzvü Türkiyə klubundan borcunu tələb edir
FIFA Türkiyə klubuna qadağanı millimizin futbolçusuna görə götürmədi
Azərbaycan millisinin futbolçusu "Samsunspor"a jest etdi
Yığmamızın üzvü pulundan imtina etməlidi! - Cəzaya görə
Ufuk Budak Azərbaycan Premyer Liqasında - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər