reklam
FIFA Türkiyə klubuna qadağanı millimizin futbolçusuna görə götürmədi
Sportfm.az xəbər saytı

FIFA Türkiyə klubuna qadağanı millimizin futbolçusuna görə götürmədi


FIFA Türkiyənin "Manisaspor" klubuna tətbiq etdiyi transfer qadağasını qüvvədə saxlayıb.

Sportfm.az xəbər verir ki, buna səbəb Azərbaycan millisinin futbolçusu Ufuk Budak da daxil olmaqla, 4 futboçunun klubun onlara olan borcundan imtina etmək istəməmələridir. Manisa təmsilçisinin rəsmiləri borcu olduğu oyunçulara müraciət etsə də, 28 yaşlı müdafiəçi ilə yanaşı, Metin Yüksel, Bahattin Köse və Slavko Petroviçdən mənfi cavab alıblar. Futbolçular FIFA-ya göndərdikləri şikayət ərizələrini geri götürməyiblər.

“Manisaspor”un futbol şöbəsinin rəhbəri Altan Çakıcı bildirib ki, transfer qadağası gənc futbolçuların yolunu açmaq baxımından faydalı olacaq. Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk da hazırda bu komandanın heyətində yer alıb.

Qeyd edək ki, hazırda Türkiyənin I Liqasında çıxış edən “Boluspor”a bu yay keçən Ufuk Budak "Manisaspor"da 2017-ci ildə çıxış edib. 

Oxşar xəbərlər

FİFA Türkiyə klubuna qadağanı Azərbaycan millisinin futbolçusuna görə götürmədi
Millimizin üzvü Türkiyə klubundan borcunu tələb edir
Azərbaycan millisinin futbolçusu "Samsunspor"a jest etdi
Millimizin futbolçusu:"Yaxşı dostluq mühiti var"
Yığmamızın üzvü pulundan imtina etməlidi! - Cəzaya görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər