reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov:"Məni narahat edən amillər var"


UEFA Millətlər Liqası turniri çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo oyunu ərəfəsində mətbuat konfransı təşkil olunub. 

Sportfm.az xəbər verir ki, əvvəlcə milli komandamızın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da təşkil olunan tədbirdə jurnalistlərin suallarını cavablandırıb. Öncə Qurbanov qısa olaraq fikirlərini bildirib:"Neçə gündür komandayla birlikdəyik. Pis hazırlaşmamışıq. Sabah meydanda yaxşı mübarizə olacağına söz verirəm.

- Kosovo yığmasını məğlub etmək haqqında düşünəndə qarşınıza çıxan ilk əngəl hansıdır?

- Düzdür, biz rəqibi analiz etmişik. Təbii ki, rəqib güclüdür. Məni narahat edən amillərin olduğunu da deməliyəm. Bu əsasən milli üzvlərinin bəzilərinin oyun praktikasının azlığıdır. 

- Rəqibin baş məşqçisi bizi qrupun favoriti sayır. Bu oyunçularımızda arxayınçılıq yaratmayacaq?

- Düşünürəm ki, belə bir hal yaşanmayacaq. 

- Hazır olmayan Ramil Şeydayevin yerinə Amil Yunanovu heyətə cəlb etmək olmazdımı?

- Bütün oyunçular bizim nəzarətimizdədi. Sadəcə indi Amil milliyə kömək etməyə hazır deyil. 

- Riçard Almeydanın hazırlıq səviyyəsindən razısınızmı?

- Bəli, hazırda onun durumu bizi qane edir. 

Oxşar xəbərlər

Bernar Şalland:"Hücum xəttinin çıxışından razı deyiləm"
Qurban Qurbanov:"Rəqibi düzgün analiz etmişdik"
Kosovo yığmasının baş məşqçisi:"Araşdırmışam, əla komandanız var"
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
Qara Qarayev:"Dediyim fikirlərin üstündə qalıram"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər