Azad Rəhimov II Avropa Oyunlarının iclasında iştirak edir
Gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədilə Koordinasiya Komissiyasının ikinci iclası işə başlayıb.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri, II Avropa Oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov təmsil edir.
Komissiyanın iclasında “Minsk-2019”a bir ildən də az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş məlumatın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış və bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər və digər mühüm məsələlər müzakirə olunur.
Oxşar xəbərlər
"Avropa Oyunlarının səviyyəsi heç də aşağı düşməyib" - Azad Rəhimov
II Avropa Oyunlarında idman qurğularının hazır olacağı vaxt açıqlandı
Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının V iclası keçirilir
İslam Həmrəyliyi oyunlarına görə iclas
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası