reklam
Klublararası dünya çempionatının püşkü atıldı
Sportfm.az xəbər saytı

Klublararası dünya çempionatının püşkü atıldı


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının püşkü atılıb. 
Sportfm.az xəbər verir ki, mərasim FIFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında baş tutub. 
Püşkün nəticələrinə əsasən açılış matçında BƏƏ-nin "Əl-Ayn" və Yeni Zelandiyanın "Vellinqton" klubları qarşılaşacaq. Matç dekabrın 12-də baş tutacaq. 
Cütün qalibi növbəti mərhələdə finalda Afrika Çempionlar Liqasının (CAF) hələlik müəyyənləşməyən qalibi ilə üz-üzə gələcək. Digər matçda isə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası (CONCACAF) Çempionlar Liqasının qalibi olan Meksika "Qvadalaxara" klubu Asiya Çempionlar Liqasının (AFC) qalibi qarşılaşacaq.  
Klublararası dünya çempionatının və UEFA Çempionlar Liqasının son qalibi olan "Real" Libertadores Kubokunun (CONMEBOL) qalibi mübarizəyə yarımfinal mərhələsindən qoşulacaqlar. II matçın qalibi yarımfinalda CENMEBOL-un qalibi ilə qarşılaşacaq. III matçın qalibi isə yarımfinalda "Real"ın rəqibi olacaq. Yarımfinal mərhələsinin oyunları 18-19 dekabrda keçiriləcək. 
Qeyd edək ki, final və üçüncü yer uğrunda oyun dekabrın 22-də təşkil olunacaq. 

Oxşar xəbərlər

Klublararası dünya çempionatının püşkü atıldı - SİYAHI
Klublararası Dünya çempionatının püşkü atıldı - SİYAHI
Dünya çempionatının püşkü atıldı - İlk turda "Əl-Sədd" meydana çıxacaq
Klublararası DÇ-nin bütün iştirakçıları bəlli oldu
Klublararası Dünya çempionatının püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər