reklam
Klublararası Dünya çempionatının püşkü atıldı
Sportfm.az xəbər saytı

Klublararası Dünya çempionatının püşkü atıldı


2017-ci ildə Abu-Dabidə təşkil olunacaq Klublararası dünya çempionatının püşkü atılıb.

Çempionatda FİFA-nın bütün Konfederasiyaları tərəfindən təşkil olunan ən nüfuzlu klub turnirlərinin qalibi və BƏƏ çempionu "Al Cəzirə" iştirak edəcək.

Sportfm.az xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi "Real" mübarizəyə yarımfinaldan qoşulacaq. Madrid klubunun rəqibi "Al Cəzirə" - "Auklend Siti" (Zeni Zelandiya) cütünün qalibi ilə Asiya Çempionlar Liqasının qalibi arasındakı oyundan sonra müəyyənləşəcək.

Turnirin 1/4 final mərhələsində "Paçuka" Afrika Çempionlar Liqasının qalibi ilə qarşılaşacaq. Bu görüşdə qələbə qazanan komanda "Libertadores Kuboku"nun qalibi ilə münasibətlərini aydınlaşdıracaq. Oyun dekabrın 12-də baş tutacaq. Klublararası Dünya çempionatının finalı və 3-cü yer uğrunda oyunu dekabrın 16-a planlaşdırılır.

Oxşar xəbərlər

Klublararası dünya çempionatının püşkü atıldı - SİYAHI
Klublararası Dünya çempionatının püşkü atıldı - SİYAHI
Dünya çempionatının püşkü atıldı - İlk turda "Əl-Sədd" meydana çıxacaq
Klublararası dünya çempionatının püşkü atıldı
Klublararası DÇ-nin bütün iştirakçıları bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər