Dünya çempionatının püşkü atıldı -İlk turda "Əl-Sədd" meydana çıxacaq
Futbol üzrə FİFA klublararası dünya çempionatının püşkü atılıb.
Sportfm.az xəbər verir ki, 2019-cu ilin dekabr ayında Qətərdə keçiriləcək mundialın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində baş tutub.
İlk mərhələdə turnirə ev sahibliyi edəcək ölkənin təmsilçisi “Əl-Sədd” Yeni Kaledoniyadan olan “İanqen”lə üz-üzə gələcək. Bu cütün qalibi ikinci mərhələdə Meksika “Monterrey”i ilə qarşılaşacaq. Tunisin “Esperans” klubu isə Asiya Çempionlar Liqasının noyabrda müəyyənləşəcək qalibi ilə görüşəcək.
Yarımfinalda UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey”in qarşılaşacağı cütün qalibi üz-üzə gələcək. “Esperans”ın yer aldığı cütün qalibi də KONMEBOL-da qalib olacaq kollektivi sınağa çəkəcək.
Klublararası DÇ dekabrın 11-dən 21-dək keçiriləcək.
Oxşar xəbərlər
"Liverpul" dünya çempionatının finalında oynayacaq
Klublararası dünya çempionatı başladı
Klublararası dünya çempionatının vaxtı açıqlandı
Klublararası dünya çempionatının püşkü atıldı
Klublararası Dünya çempionatının püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Şahdağ Qusar” “Cəbrayıl”la bərabərə qaldı - I Liqa
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası